Milli Məclis dövlət büdcəsinin icrasının müzakirəsinə başladı
Bizi izləyin

Nida Xəbər

Milli Məclis dövlət büdcəsinin icrasının müzakirəsinə başladı

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsi müzakirə olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, büdcənin icrası komitədə ətraflı müzakirə edilib və plenar iclasa təqdim edilib.

Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün əhəmiyyətli olub: “Biz Azərbaycan dövlətinin yaradılmasının 101 illiyini qeyd etdik. Azərbaycan beynəlxalq aləmdə nüfunuzu artıran, dünyanı heyran edən qlobal layihələrin icrasını həyata keçirir”.

Komitə sədri əlavə edib ki, 2018-ci il iqtisadiyyatın bütün sahələrində inkişaf qeydə alınıb, xarici ticarət dövriyyəsi 30,9 milyard dollar təşkil edib. Tədiyə balansında isə 20,3 milyard müsbət saldo yaranıb. Bu rəqəm imkan verir ki, gələcəkdə dinamik işlər görülsün. 2018-ci ildə Azərbaycanın valyuta ehtiyatı 44,5 milyard olub. 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22149,0 milyon manat proqnoza qarşı icra 22508,9 milyon manat və ya 101,6 faiz təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 5992,2 milyon manat və ya 36,3 faiz çoxdur.

2018-ci il dövlət büdcəsinin xərcləri 23100 milyon manat proqnoza qarşı 22731,6 milyon manat və ya 98,4 faiz icra edilmişdir ki, bu da 2017-ci ilə nisbətən 5137,2 milyon manat və ya 29,2 faiz çoxdur. Xərclərin ÜDM-də xüsusi çəkisi 28,5 faiz təşkil etmişdir ki, bu da 2017-ci ilə nisbətən 3,4 faiz-bənd çoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm