Nida Xəbər
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır

Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi sülh əldə etməyə imkan vermir. Bu qeyri-konstruktiv mövqe davamlı sülh, birgə yaşayışa təhdid kimi qalır.
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sülh olmadan davamlı inkişafa nail olmaq mümkünsüzdür: "Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir. Bu tədbirlərin Cənubi Qafqaz regionunda keçirilməsi təadüfi deyil. Çünki bu region münaqişələrlə zəngindir. Bu münaqişələrin həll olunmaması və münaqişə tərəflərindən birinin qeyri-konsturiktiv mövqeyi sülh əldə etməyə imkan vermir".
B.Muradova əlavə edib ki, həm mövcud təsisatların gücündən tam istifadə etmək, həm də yeni təsisatlar yaratmaqla problemlərin həllinə nail olmaq lazımdır: "Artıq 16-cı dəfədir ki, ombudsmanlar vacib olan mövzular ətrafında müzakirə aparmaq üçün Azərbaycana toplaşırlar. Bu tədbir problemlərin araşdırılması, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşməsi və müsbət təcrübələrin bölüşülməsinə şərait yaradır. Azərbaycan belə təcrübələrin aparılması üçün çox uyğun bir məkandır".

-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq
-
Dünya14:16
Dünyanı qorxuda saxlayan bu asteroid Yerə düşsə... - Görün haranı dağıdacaq
-
İdman13:52
Məşhur model "Real"ın futbolçusu ilə villanın zirzəmisindəki macərasından danışdı - FOTOLAR
-
Avropa13:46
Ukraynada atəşkəs bu tarixdə imzalanacaq - Putinin şok planı