Nida Xəbər
Şəki Xan Sarayı və Hirkan meşələri Dünya İrs Siyahısına daxil edilə bilər - Nazir
Bakıda keçirilən sessiyada UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün təklif olunacaq nominasiyalar sırasında Şəki Xan Sarayı və Şəkinin qədim hissəsi də var.
Publika.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
O qeyd edib ki, bununla bağlı müxtəlif fikirlər var: “Müəyyən şərtər irəli sürülüb. O şərtlərin yerinə yetirilməsi müzakirə olunur. Ümidvarıq ki, bu məsələ müzakirə olunacaq. Ya qərar veriləcək ki, siyahıya daxil olunsun, ya da tövsiyələr veriləcək. Əvvəldə danışmaq kifayət qədər məsuliyətsizlik olar".
Nazir qeyd edib ki, Hirkan meşələrinin də İranla birgə nominasiyaya daxil edilməsi məsələsinə baxılması gözlənilir.
Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler isə Hirkan meşələri ilə bağlı İran tərəfindən çox maraqlı və gözəl təklif daxil olduğunu bildiirb. O qeyd edib ki, ilkin nəticələrə görə, Hirkan meşələri nominasiyaya daxil olmağa şanslıdır: “Nominasiyada tövsiyə olunur ki, vahid coğrafi məkan, vahid ekosistem olduğu üçün Azərbaycan da buna qoşula bilər”.
Səxavət
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi






.jpg)
























.jpg)

