Nida Xəbər
Əbülfəs Qarayev kambocalı həmkarını qəbul etdi
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında mədəni və təbii irslə bağlı müzakirələrlə yanaşı, mötəbər tədbirdə iştirak edən yüksək səviyyəli rəsmilərlə işgüzar görüşlər də keçirilir.
Publika.az-ın məlumatına görə, sessiyanın sədri, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 3-də Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Phoeurng Sackona ilə görüşdü.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı. Gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.
Qonaq həmçinin ölkəmizin zəngin mədəni irsə malik olduğunu bildirdi, səfər müddətində bir sıra tarixi-mədəni məkanları ziyarət etdiyini söylədi.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto