BNA küləklə bağlı xəbərdarlıq etdi
Bizi izləyin

Nida Xəbər

BNA küləklə bağlı xəbərdarlıq etdi

Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib.

Bu barədə Agentlikdən Publika.az-a məlumat verilib.

BNA hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm