Nida Xəbər
Almaniyada azərbaycanlı musiqiçilərin orkestri fəaliyyətə başladı
Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən mətbuat konfransında çıxış edən Otto Hauzer məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olduğunu bildirib. "Orkestrın tərkibində 1 türk, 1 qazax əsilli musiqiçi var. Hamısı peşəkardır. Ansamblın repertuarında məşhur Azərbaycan bəstəkarlarının əsərləri də yer alır. Azərbaycanda bu məsələyə böyük maraq var. Son dəfə bu ilin yanvar ayında Bakıda olanda bu ideyamı həmkarlarımla bölüşdüm. Amma özəl olaraq Almaniyada təhsil alan gənc azərbaycanlı musiqiçi ilə tanışlıq mənim bu ideyamın formalaşmasında rol oynayıb. Artıq ansambl yaradılıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib.Almaniyada ilk olan Azərbaycan kamera orkestrinun repertuarı Vivalidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğunun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur. Uzun müddətdir müzakirə edilən bu məsələdə Almaniyadakı Azərbaycan diasporu da maraqlıdır. Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisu Yaşar Musayev ilk dövrlərdən layihəni dəstəkləyiblər. Amma mən özəl olaraq bir məqamı vuğulamaq istəyirəm ki, bu işlər Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq olmadan ərsəyə gəlməzdi. Onlar bu təşəbbüsü ilk gündən dəstəklədikləri üçün təşəkkür edirəm”, - o deyib. Otto Hauzer təşəbbüsünün Heydər Əliyev Fondu tərəfindən bəyənildiyini bildirib. Fəxri konsulun fikirincə, orkestrin məqsədi gələcəkdə Almaniyada yaşayan sponsorların dəstəyi ilə müstəqil konsertlər təşkil etməkdir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR