Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama
Bizi izləyin

Nida Xəbər

Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama

Baş vermiş hadisə və aparılan axtarışla bağlı yeganə yeni məlumat təyyarənin “qara qutusu”nun tapılmasıdır. Bu, təbii ki, təyyarə ətrafında gedən tədqiqatları asanlaşdıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Axtarışlarla bağlı danışan politoloq hələlik başqa heç bir yeniliyin olmadığını bildirib:

“Pilot Rəşad Atakişiyevin nəşinin tapılması və ailənin dəfnə hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Pilotun nəşi hələ tapılmayıb, necə dəfn mərasimi ola bilər? Axtarışlar yekunlaşandan və nəşi tapılandan sonra çox güman ki, dəfn mərasimi Müdafiə Nazirliyinin, Azərbaycan Hərbi Hava Qüvvələrinin xətti ilə təşkil olunacaq”.

Qeyd edək ki, təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. MN aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentlərinin hissə-hissə sudan çıxarıldığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm