FHN mülki müdafiə kursları keçirdi - FOTO
Bizi izləyin

Nida Xəbər

FHN mülki müdafiə kursları keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında kəşfiyyat manqa komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış kəşfiyyat manqalarının komandirləri iştirak edib. Kurslarda müəssisədə baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm