
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Abbas Abdullanın vəfatı ilə bağlı başsağlığı yayıb.
Publika.az xəbər verir ki, nazirliyin kollektivi müsavatçı konsulun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, A.Abdulla 1992-1997-ci ildə ölkəmizin İstanbuldakı baş konsulu olub. O, həmçinin “Müsavat” partiyasının rəhbərliyində təmsil olunub.
A.Abdulla sentyabrın 4-də 79 yaşında vəfat edib.
Muxtar