Giorgi Qaxaria Azərbaycanla münasibətlərdən danışdı
Bizi izləyin

Nida Xəbər

Giorgi Qaxaria Azərbaycanla münasibətlərdən danışdı

“Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir”.

Bu barədə Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm