Nazir incəsənət xadimlərinə orden və medalları təqdim etdi
Bizi izləyin

Nida Xəbər

Nazir incəsənət xadimlərinə orden və medalları təqdim etdi

Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev hər bir yaradıcı insanın əməyinin xalq tərəfindən yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.

"Azərbaycan mədəniyyəti, ədəbiyyatı, yaradıcılığı və incəsənəti böyük bir salnamə keçib. Bu salnamə bu gün də davam edir. Azərbaycan xalqının mənəvi rifahına, tarixinə öz dəyərli töhfələrini verən sənət adamları fəaliyyətlərini davam etdirir, yaşayır, yaradır və mədəniyyətimizi dünya coğrafiyasında təmsil edirlər.
Hər bir yaradıcı insanın arxasında Allah tərəfindən verilmiş fitri-istedad, eyni zamanda gərgin əmək və fədakarlıq dayanır. Sevinirəm ki, dövlət bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, hər birinin özünəməxsusluğu var. Burada hansısa müqayisə sualı ortada olmamalıdır.

Bu gün görkəmli incəsənət xadimləri müxtəlif fəxri adlarla layiq görüldü və bu proses yenə davam edəcək. Azərbaycan xalqının yaradıcılıq potensialı tükənməzdir. Bu gün "mədəniyyət" sözü bəzən bizim üçün keçmiş anlayışın çərçivəsindən artıq çıxış kimi qəbul edilir. Mədəniyyət insanların daimi yaşayış mühitinə çox təsir göstərir. İnformasiya texnologiyaları vasitəsilə bütün musiqi əsərlərimiz, rəssamlıq nümunələrimiz dünyaya açılır. Bu məsələyə həssaslıqla yanaşmalıyıq. Bizim qonşularla mübarizəmiz bu çərçivədə olmalıdır. Hər gün eşidirik ki, cəbhə bölgəsində atəşkəs pozulub və bizim qəhrəman oğullarımız lazımi cavabı verir. Amma hamımız dərk etməliyik ki, gündəlik, dəqiqlik mübarizənin görünməyən cəbhəsi
mədəniyyətimiz, tariximiz, mətbəximiz, mədəni irsimizdir. Azərbaycan o qədər istedadlı xalqdır ki, heç vaxt başqa xalqların yaratdığı neməti öz adına çıxartmayıb. Amma onlar hər dəqiqə Azərbaycan xalqının yaratdığı əsərləri mənimsəyir. Odur ki biz öz yaradıcılığımızla bədnam qonşularımıza cavab verməliyik".

Nazir teatr və konsert müəssisələri mövsümünün açıq elan olunmasından da söz açıb:
"Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı olacaq. Eyni zamanda "Nəsimi ili" ilə bağlı müxtəlif festivallar dakeçiriləcək".

Daha sonra mükafatlar təqdim olunub.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm