Nida Xəbər
Minsk qrupu Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər"ə etirazını bildirməlidir
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər.
Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, həmsədrlər ermənilərin bu cür təxribatlarına birmənalı yanaşmalıdırlar: "Hansısa xalq digər xalqa qarşı silahdan istifadə edirsə, o xalq öz müqəddəratını təyin edə bilməz. Bütün dünyaya və bütün beynəlxalq təşkilatlara bəlldir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və hal-hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. Dağlıq Qarabağdan qovulan azərbaycanlılar Bakıda və respublikanın 59 rayonunda məskunlaşıblar, Bu da məlum faktdır. Belə olan halda ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağda ermənilər tərəfindən atılan təxribat xarakterli addımlara işğalçıların cüzi də olsa xeyirinə olan yanaşma nümayiş etdirməsi yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm və gözləyirəm ki, bu cür addımlara məhz Minsk Qrupunun həmsədr ölkələri öz mövqeyini bildirsin". (trend)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR