Nida Xəbər
İsveçrə portalı Gəncədən yazdı - FOTO
İsveçrənin “www.zeitung.ch” portalında “Gəncə - Azərbaycanın qədim mədəniyyət xəzinəsi” sərlövhəli məqalə yerləşdirilib.
Publika.az xəbər verir ki, məqalədə Gəncə şəhərinin Azərbaycan tarixində böyük yerə malik olması diqqətə çatdırılıb. Qeyd edilib ki, müxtəlif mənbələrdə şəhərin tarixi barədə fərqli məlumatlar olsa da, aparılmış ən yeni tədqiqatlar nəticəsində şəhərin yaşının dörd min ilə çatdığı müəyyənləşdirilib.
Məqalədə vurğulanır ki, Gəncə orta əsrlərdə mühüm ticarət mərkəzi olub. Qədim İpək Yolu üzərində yerləşən bu şəhər əsrlərboyu əsas karvan yollarının qovuşduğu, ticarətin inkişaf etdiyi məkan kimi tanınırdı və öz ipəyi ilə bütün Yaxın Şərqdə məşhur idi. Ticarətlə yanaşı, burada elm və mədəniyyətin yüksək inkişafını diqqətə çatdıran müəllif Gəncədə dövrünün görkəmli şəxsiyyətləri olmuş Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaşayıb-yaratdığını qeyd edib.
Məqalədə bildirilir ki, Gəncə şəhəri 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin ilk paytaxtı kimi də Azərbaycan tarixində önəmli yer tutur. Gəncə öz qədim tarixi ilə yanaşı, müasirliyi ilə də diqqəti cəlb edir. 2016-cı ildə bu şəhər Avropanın Gənclər Paytaxtı seçilib, burada müasir infrastruktur yaradılıb.
Müəllif Gəncə şəhəri və onun yerləşdiyi regionun görməli yerləri, tarixi abidələri və mətbəxi barədə də məlumat verir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR