• USD 1,7000 0,00% EUR 1,8355 -0,31%
    • GBP 2,2103 +0,05% RUB 0,0266 -0,75%

Əli Həsənov: "YAP xalq üçün yaradılıb"

Əli Həsənov: "YAP xalq üçün yaradılıb"

Azərbaycanda 1993-ü ildə olduğu kimi, 2003-cü ildə də dövlət çevrilişinə cəhdlər var idi, ölkədə təhlükəli vəziyyət yaranmışdı. Lakin Prezident İlham Əliyev bu cəhdlərin qarşısını məharətlə aldı.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, xarici qüvvələr və içimizdə olan ünsürlərin dövlət çevrilişinə cəhdləri boşa çıxdı: “Onlar düşünürdülər ki, Prezident İlham Əliyev gəncdir, kifayət qədər təcrübəsi yoxdur, ancaq onlar böyük səhfə yol verdilər, çünki Prezident İlham Əliyevin böyük təcrübəsi var idi və bütün bu cəhdlərin qarşısını məharətlə aldı”.

Baş nazirin müavini vurğulayıb ki, YAP xalq üçün yaradılıb: "Partiya gələcək Azərbaycan üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı xilas etdi. Bu gün Azərbaycan inkişaf etmiş dövlətdir, insanlarımızın dünyaya çıxışı var".

Ə.Həsənov son 15 ildə görülən işlərlə bağlı məlumat verib: "Bu müddət ərzində görülən işlərə Prezident-Xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR