XİN başçısı Vuk Yeremiçlə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

XİN başçısı Vuk Yeremiçlə görüşdü - FOTO

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin prezidenti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Publika.az-a bildiriblər ki, BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin Prezidenti Vuk Yeremiç ilə görüşüb.

Görüşdə V.Yeremiç Mərkəzin fəaliyyəti ilə bağlı nazir Məmmədyarova məlumat verib.

Tərəflər mümkün əməkdaşlıq yolları və Azərbaycanın araşdırma mərkəzləri ilə Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin birgə fəaliyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm