Azərbaycanda bu icra başçıları İSTEFA VERƏCƏK? - SİYAHI/VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda bu icra başçıları İSTEFA VERƏCƏK? - SİYAHI/VİDEO

Video əlavə olunub.

***

Prezident İlham Əliyevin yaşı 70-i keçmiş vəzifəli şəxslərin istefa verməsinə və dövlət orqanlarına gənclərin gətirilməsinin önəminə diqqət çəkməsi, eləcə də son günlər aparılan kadr və struktur islahatları icra hakimiyyətlərində rəhbər vəzifədə olan yaşlı kadrları da gündəmə gətirib.

Axar.az xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkənin ən yaşlı icra başçılarından hesab olunur. O, 1947-ci il yanvarın 15-də Qax rayonunda dünyaya gəlib. 2009-cu ildən Zaqatala rayonunun icra başçısıdır.

Onunla həmyaşıd olan digər İH rəhbəri isə Samur rayonunun icra başçısı Alı Qocayevdir. A.Qocayev 1947-ci il iyulun 27-də doğulub. 2012-ci ildən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən A.Qocayevin üç övladı, yeddi nəvəsi var. İcra başçısı artıq 73 yaşını qeyd etməyə hazırlaşanlardandır.

2013-cü ildən İsmayıllı rayonuna rəhbərlik edən Mirdaməd Sadıqovun 69 yaş var. O, 1950-ci il sentyabr 1-i İsmayıllı rayonunda dünyaya gəlib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun 68 yaşı var. 2006-cı ildən Hacıqabul rayonuna başçılıq edən Ə.Muxtarov 1951-ci ildə doğulub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun da 68 yaşı var. Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub.

Bu il Saatlı rayonuna icra başçısı təyin edilən Nazim İsmayılov isə 67 yaşındadır. O, 1952-ci ildə dünyaya gəlib.

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm