Maduro Bakıdan MEYDAN OXUDU
Bizi izləyin

Nida Xəbər

Maduro Bakıdan MEYDAN OXUDU

Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.

Zirvə görüşünü Venesuela Bolivar Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Nikolas Maduro açıb.

Publika.az xəbər verir ki, ilk olaraq ötən müddət ərzində dünyasını dəyişmiş QH-nın dövlət və hökumət başçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

N.Maduro bildirib ki, rəsmi Karakasın Azərbaycanla artıq sıx, mehriban münasibətləri var: “Bütün nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyin şahidiyik. Biz bu təşkilata 2016-cı ildən 2019-cu ilədək sədrlik etdik. Ötən müddət ərzində təşkilatın daha da güclənməsi üçün bütün səylərimizi səfərbər etdik. Biz yenidən toplaşaq çoxtərəflilik əsasında fikirlərimizi bildirmək imkanı əldə etmişik.

Bəzi aqressiv və zərər vuran hərəkətləri pisləyiirk. Elə etməliyik ki, bunun qarşısı alınsın. Biz görürük ki, Venesuelada da sülh pozulur, dövlət çevrilişinə cəhd edirlər. Yüz illər ərzində dövlətimizi qurmuşuq. İradəmiz əyilməzdir, gələcəyə ümidlərə baxırıq. Hətta bu çətin, təklənmiş şəraitdə iradəmizi qırmaq mümkün deyil. Bəzi qüvvələr var ki, xalqın iradəsini sual altına almağa çalışır. Qoşulmama Hərəkatına üzv dövlətlər bu cəhdlərin qarşısını almalıdır. Biz həmrəy olmalıyıq ki, səsimiz diqqətdən kənarda qalmasın. Cəhd göstərəcəyik ki, öz rifahımızı əldən verməyək. Xarici müdaxilələrin qarşısını almalı, birgə müqavimət göstərməliyik. Sülh və dövlətlər arasında əyilməz münasibət olmalıdır ”.

N.Maduro QH-na üzv ölkələr arasında həmrəyliyin, sivilizasiyalar arası yaxınlaşmanın təmin edilməsinə çalışdıqlarını bildirib: "İstərdik ki, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında daha sıx həmrəylik olsun və bu həmrəylik daha da güclənsin. Biz görürük ki, bununla bağlı addımlar atılır. Bu fürsətdən istifadə edərək arzu edirik ki, Azərbaycan bu həmrəyliyin daha qabarıq nümayiş etdirilməsi üçün çalışsın. Bir-birimizlə daha tez-tez görüşməliyik. Bunun əsasında qarşımıza qoyduğumuz məqsədlərə daha tez nail ola bilərik.

Biz QH-yə üzv dövlətlərə bizə göstərilən dəstəyə görə təşəkkür edirik. Biz mürəkkəb çağırışlarla üz-üzəyik. İlk olaraq BMT-nin nizamnaməsindən irəli gələn tələblərə riayət olunmalıdır. Xarici müdaxilələrin qarşısı alınmalıdır. Bizim diplomatiyamız sülhə və əmin-amanlığa xidmət edir. Böhran artıq sistematik fenomen kimi üzə çıxır. Dövlətlərə qarşı çirkin qarayaxma əməliyyatları tükənmir. Bu qüvvələr geosiyasi dominant mövqedə olmamalıdırlar. BMT üzvlərinin 2/3-i burada təmsil olunur. Bizim dövlətlərin zəngin ehtiyatları var. Amma imperialist dövlətlər bizdən əl çəkmir. Öz hərəkatımızı gücləndirməliyik. Hərəkat vasitəsilə xalqların adət-ənənələrini qorumalıyıq. Hansısa dövlətin polis rolu oynamasına imkan verməməliyik. Hansısa hegemon maraqlarından azad olan dünyada yaşamalıyıq. Biz konkret mövqedən çıxış etməli və nəticəyə nail olmalıyıq. Karib, Sakit okean regionlarından olan qardaşlarımızı terror hücumlarından qorumalıyıq. İnsan hüquqlarına gəlincə, ikili standartlar müşahidə edirik”.

Venesuela Prezidenti BMT İnsan Hüquqları Şurasına keçiriləcək seçkidə ölkəsinə dəstək istəyib: “Biz ölkələrimizi qlobal imperialist güclərdən qorumalıyıq. Milyonlarla insanı dünyada ən güclülərdən, hegemon yanaşmadan xilas etməliyik. Qoşulmama Hərəkatı ilə ayağa qalxmalıyıq. Artıq vaxt yetişib. İmperialist qüvvələrə qarşı bu mübarizəmiz müqəddəs mübarizədir. Heç zaman onların qarşısında diz çökməyəcəyik".

N.Maduro Azərbaycana sədrlik dövründə uğurlar arzulayıb. Ölkəmizə sədrlik müddətində üzləşdiyi çətinliklərdə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm