İsrailin atdığı bu addımlar çox pis nəticələr verir - Küveytli nazir
Bizi izləyin

Nida Xəbər

İsrailin atdığı bu addımlar çox pis nəticələr verir - Küveytli nazir

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII sammitinin ikinci günü ümumi debatlarla öz işini davam etdirir.

Publika.az xəbər verir ki, ilk olaraq Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Əl-Hamad Əl-Sabah çıxış edib.

O, QH-nın sammitinə ev sahibliyi edən Azərbaycana və daha əvvəlki sədr Venesuelaya təşəkkür edib.

Küveyt rəsmisi diqqəti Fələstin böhranının həllinə yönəldib.

Qeyd edib ki, dünya ictimaiyyəti Fələstin böhranının həllinə görünmədiyi qədər töhfə verməlidir:

“İsrail beynəlxalq hüququn bütün norma və prinsiplərini pozur. İsrailin atdığı bu addımlar çox pis nəticələr verir. Bundan əlavə Küveyt Dövləti hesab edir ki, Suriyada münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz BMT-nin bu böhranın siyasi yolla həllinə yönəlik səylərini, həmçinin, orada sülhün əldə olunmasına yönəlmiş digər səyləri dəstəkləyirik. Biz Suriya dövlətinin suverenliyinə qarşı yönəlmiş bütün tədbirləri pisləyirik. Sonda onu demək istəyirəm ki, Küveyt Dövləti Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm