SON DƏQİQƏ: Əli Kərimli ABŞ-dan gələn çağırışa cavab verdi
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: Əli Kərimli ABŞ-dan gələn çağırışa cavab verdi

Demokratik Qüvvələrin Milli Şurası (MŞ) noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv edib.

“Report”un xəbərinə görə, bu barədə AXCP sədri Əli Kərimli "Azərbaycan Saatı" verilişində məlumat verib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Qeyd edək ki, hazırda ABŞ-da olan Milli Şuranın sədri Cəmil Həsənli daha əvvəl müxalifətin 2 noyabra təyin etdiyi mitinqin təxirə salınmasını təklif edib.

"Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək", - o feysbuk səhifəsində yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm