Nida Xəbər
Əli Əsədov Baş Nazir kimi İLK QƏRARINI İMZALADI
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının yeni tərkibi təsdiqlənib.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” 2009-cu il 19 may tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən, Kollegiyanın sədri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Kollegiyanın üzvləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini və müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktorudur.
Qərar “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tərkibində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri daxil edilib. O cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri də Kollegiya üzvü olub. Bununla da Kollegiya üzvlərinin sayı 13 nəfərə çatıb.
Qeyd edək ki, bu, Əli Əsədovun Baş Nazir kimi imzaladığı ilk qərardır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR