Nida Xəbər
Azərbaycan Ordusu miqyasında təlim keçiriləcək - İLHAM ƏLİYEV TƏSDİQLƏDİ
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayacaq.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, üç mərhələdə keçiriləcək təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.
Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan Ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və real iqlim şəraitində qoşunların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və komandirlərin idarəetmə bacarıqlarının artırılması ilə icra olunacaq.
Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdiriləcək.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi