Nida Xəbər
İki rəis vəzifəsindən uzaqlaşdırıldı - QƏRAR
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri davam etdirir.
Agentliyin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, aşağıda adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədrinin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər:
Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu
Gəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu
Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlu
Lənkəran regional bölməsinin bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğlu.
AQTA bəyan edir ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə kölgə salan və qurumun sağlam iş prinsiplərinə zidd hərəkətlərə yol verən əməkdaşların haqqında bundan sonra da ən ciddi tədbirlər görüləcək.
AQTA dəyərli iş adamlarına bir daha müraciət edərək bildirir ki, Agentlik əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərlə üzləşdikdə dərhal müvafiq hüquq-mühafizə orqanlarına və ya AQTA-nın 1003 – Çağrı Mərkəzinə məlumat versinlər.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO