Nida Xəbər
BAXCP sədrindən Novella Cəfəroğluna dəstək
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Milli Azadlıq Hərəkatının ən parlaq simalarından biridir.
Publika.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP sədri Novella Cəfəroğluna qarşı sosial şəbəkələrdə aparılan kampaniyanın heç bir ölçüyə sığmadığını bildirib: "Novella xanım bütün varlığı ilə Azərbaycana, onun milli maraqlarına bağlı olan, vətənpərvər bir xanımdır. Onu ermənipərəstlikdə ittiham etmək sadəcə cahillikdir və bu, təkcə Novella xanımın tərcümeyi-halını bilməməkdən irəli gəlmir, düşünülmüş və qərəzli bir kampaniyadır".
Novella Cəfəroğluna qarşı ittihamları qətiyyətlə pislədiyini bildirən Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanı sevən hər kəs ona sayğı ilə yanaşmalı, bu qərəzli kampaniyaya öz etirazını bildirməlidir. Novella xanıma qarşı küyə gedərək ədalətsizlik edən gənclər isə onun fəaliyyəti ilə yaxından tanış olmalıdırlar.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO