Parlament buraxıla bilər, yeni seçkilər... - YAP Prezidentə MÜRACİƏT ETDİ (VİDEO)
Bizi izləyin

Nida Xəbər

Parlament buraxıla bilər, yeni seçkilər... - YAP Prezidentə MÜRACİƏT ETDİ (VİDEO)

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.

Publika.az xəbər verir ki, Ə.Əhmədov bildirb ki, Azərbyacan cəmiyyətində YAP-a, onun qəbul etdiyi qərarlara həmişə böyük hörmət olub: “Bu gün YAP Azərbyacanın siyasi həyatı üçün önəmli qərar qəbul edib. YAP-ın Siyasi Şurası bu gün keçirilən iclasında Azərbaycan parlamentində islatların davam etdirlməsi ilə əlaqədər məsələləri müzakirə edib. Prezidenitn islahatlar konsepsiyasınıYAP da dəstəkləyir. Bu islahatlara öz töhfələrini verirlər. İslahatlar bir çox sahələri əhatə edir. Bunlar iqtisadiyyatın şaxələndiirlməsinə xidmət edir. Bunların zəminində sosial inkişafın təmin edilməsi dayanır. 2019-cu ili islahatların daha dinamik xarakter aldığı il kimi xarakterizə etmək olar. Bundan sonra da islahatların həyata keçirilməsi xətti davam etdiriləcək”.

Əli Əhmədov bildirb ki, islahatlar geniş xarakterlidir: “İslahatlar istisnasız olaraq bütün sahələri əhatə etməlidir. Hakimiyyətin hər iki qolunda islahatrlar uğurla həyata keçirilir və bu gün də keçirilməkdədir. İslahtlar sisteminin tam olması və qarşıya qoyulan məqsədlərə nail olunması tələb edir ki, islahatlar hakimiyyətin bütün qollarını əhatə etsin. Bu gün YAP Siyasi Şurası qanunverici orqanının yeniləşməsinin zəruriliyini ifadə edir. Bu zərurətdən irəli gələrək YAP Siyasi Şurası Azərbaycan Prezidentindən parlamerntin buraxılmasını xahiş edib”.

***

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilib.

Həmin iclasda və YAP Siyasi Şurası iclasında müzakirə olunan məsələlərlə bağlı yaxın dəqiqələrdə başlayacaq mətbuat konfransında məlumat veriləcək.

***

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.

İclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. Onlara YAP Siyasi Şurasının qərarı elan olunur.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm