Nida Xəbər
"YAP-ın namizədləri seçicilərin rəğbətini qazanacaq" - Əli Əhmədov
Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik.
Publika.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərini irəli sürəcəklər. "Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytinqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq. Beləliklə də YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək. Hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə də biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək".
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı