YAP-ın səlahiyyətli nümayəndələri qeydə alındı
Bizi izləyin

Nida Xəbər

YAP-ın səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Publika.az xəbər verir ki, iclasda əvvəlcə MSK-nın 16 noyabr və 7 dekabr tarixli iclas protokolları təsdiq edilib.

Bu məsələ barədə MSK sədri Məzahir Pənahov məlumat verib. İclas protokolları yekdilliklə qəbul edilib. Daha sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Yeni Azərbaycan Partiyasının müraciətinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, YAP İdarə Heyətinin qərarı ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə nümayəndələr təqdim edilib. Həmin qərara əsasən, YAP-ın 119 səlahiyyətli nümayəndəsi, 1 nəfər maliyyə məsələri üzrə səlahiyyətli nümayəndəsi irəli sürülüb. Daha sonra YAP-ın 119 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələsi üzrə nümayəndəsi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm