“Ümid” və VHP-nin səlahiyyətli nümayəndələri qeydə alındı
Bizi izləyin

Nida Xəbər

“Ümid” və VHP-nin səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyanın iclasnda daha sonra Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Ümid Partiyasının müraciətinə baxılıb.

Publika.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, bu partiyanın 36 səlahiyətli nümayəndəsi və 1 maliyyə məsələsi üzrə nümayəndəsi qeydə alınıb. Daha sonra iclasda Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının müraciətinə baxılıb. Bu partiya 17 nəfər səlahiyyətli nümayəndə, 2 nəfər maliyyə məsələləri üzrə nümayəndə müəyyənləşdirib.

MSK-nın iclasında müzakirə olunan növbəti məsələ dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyələr üzrə seçkilərin yekunlarının müəyyən edilməsi məsələsi olub.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm