Nida Xəbər
Fuad Abbasov deputatlığa namizədliyini irəli sürdü
Tanınmış jurnalist Fuad Abbasovun Xəzər TV-nin Xəbərlər departamentində işə başladığı haqda informasiya yayılıb.
İddia olunur ki, jurnalist yaxın günlərdə siyasi mövzulu proqramda aparıcılıq edəcək. Eyni zamanda, onun “Xəzər” TV-nin Xəbərlər Depertamentinə baş redaktor vəzifəsinə təyin olunacağının gözlənildiyi də bildirilir.
Publika.az xəbər verir ki, Modern.az-ın əməkdaşı yayılan informasiyanın dəqiqliyini öyrənmək üçün Fuad Abbasovla əlaqə saxlayıb. Fuad Abbasov qısa söhbət zamanı Xəzər TV-də çalışdığı barədə informasiyanı təkzib edib.
O, 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün hazırlaşdığını bildirib.
“Deputatlığa namizədliyimi irəli sürmüşəm. Sənədlərimi Xətai rayonu 33 saylı birinci seçki dairəsinə təqdim etmişəm.
Artıq imza toplamağa da başlamışam. Deputatlığa namizədliyimin təsdiqlənəcəyinə əminəm. Belə olan halda hər hansı televiziya kanalında aparıcılıq etməyim və özüm haqqında təbliğat aparmağım düzgün olmaz”.
Qeyd edək ki, keçmiş icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də 33 saylı Xətai birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?







.jpg)











.png)


















