YAP-da KADR DƏYİŞİKLİYİ: 3 nəfərə VƏZİFƏ VERİLDİ
Bizi izləyin

Nida Xəbər

YAP-da KADR DƏYİŞİKLİYİ: 3 nəfərə VƏZİFƏ VERİLDİ

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyi ilk təşkilatının iclası keçirilib.

İclasda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov ilk təşkilatın ötən müddət üzrə hesabatını səsləndirib.

YAP İcra katibinin müavini ilk təşkilatlarının fəaliyyətinin daha da gücləndiriləcəyini, çevikliyinin artırılacağını bildirib. S.Novruzov, həmçinin partiyanın qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

Sonda təşkilati məsələlərə baxılıb, 15 nəfərdən ibarət YAP İcra Katibliyi ərazi ilk partiya təşkilatının İdarə Heyətinə üzv, Ramilə Bədəlova ərazi partiya təşkilatına sədr, YAP İcra Katibliyi İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev müavin seçiliblər. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm