MSK-nın təcili iclası çağırıldı
Bizi izləyin

Nida Xəbər

MSK-nın təcili iclası çağırıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Publika.az xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov aparır. İclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. O qeyd edib ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin Türkoba bələdiyyyə üzvlüyünə namizəd olan Nofəl Səfərov, Ələkbərov Şükürov və digərləri MSK-ya şikayət 29 və 30 saylı məntəqələrdə icra nümayəndəsi və onun müavinləri tərəfindən seçki qutusuna topa bülletenlər atıldığını bildiriblər: “Onlar bildiriblər ki, icra nümayəndəsi Əfqan İbrahimov və onun müavini Leyla Əzizova bülletenləri 150-700 ədəd olmaqla qutuya atıblar. Sonra da onlara deyiblər ki, hara istəyirsiniz şikayət edin”.

B.Əsgərov məsələnin araşdırılmaq üçün 75 saylı DSK-ya göndərilməsinin təklif edib. MSK sədrinin müavini Rövzət Qasımov bildiirb ki, bu dairə üzrə ayrı-ayrı məsələlərlə bağlı 3 dəfə komissiyanın qaynar xəttinə məlumat daxil olub. Müzakirədən sonra şikayətin sabah baxılması üçün DSK-ya göndərilməsi qərara alınıb. Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm