Bakıda zəncirvari qəza oldu, xəsarət alan var
Bizi izləyin

Nida Xəbər

Bakıda zəncirvari qəza oldu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın məlumatına görə, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.

Dörd avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü İsmayılov Nicat Rövşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qarnın küt travması diaqnozları qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm