Şəhidlər xiyabanında çəkilən kliplə bağlı araşdırma aparılır - Səfirlik
Bizi izləyin

Nida Xəbər

Şəhidlər xiyabanında çəkilən kliplə bağlı araşdırma aparılır - Səfirlik

Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib.

Səfirlikdən bildirilib ki, hansısa şəxslər tərəfindən nümayiş olunan bu cür davranışlar tərəfimdən pislənilir.

"Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər adiyyəti qurumlarla birgə işləyir", - səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm