• USD 1,7000 0,00% EUR 1,8355 -0,31%
    • GBP 2,2103 +0,05% RUB 0,0266 -0,75%

Şükürbəyli sakinləri Vüqar Bayramovu böyük sevgi ilə qarşıladı

Şükürbəyli sakinləri Vüqar Bayramovu böyük sevgi ilə qarşıladı

Yanvarın 27-də 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov rayon ərazisində seçicilərlə görüşlərini davam etdirib. Səhər-səhər Şükürbəyli kəndində açıq havada seçicilərlə görüşən Vüqar Bayramovu deputatlığa namizədin vəkillərindən Milli Qəhrəman Vahid Quliyev və Qarabağ döyüşlərində fəal iştirak etmiş istefada olan polkovnik Həsən Əmirov müşayiət ediblər.

Şükürbəyli sakinlərinin böyük sevgi ilə qarşıladığı Vüqar Bayramov öz tərcümeyi-halı və nailiyyətləri barədə seçicilərə qısa məlumat versə də, deputatlığa namizəd kimi görəcəyi işlər barəsində geniş danışıb: “Mən konkret fəaliyyət planı ilə seçkiyə gedirəm. Fəaliyyət planım iki hissədən ibarətdir. Təkliflərin birinci hissəsi məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, ikinci hissəsi isə ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə istiqamətlənib. Seçkinin nəticələrindən asılı olmayaraq həmin təkliflərin reallaşdırılması üçün çalışacağam”.

Vüqar Bayramov seçiciləri 9 fevralda aktiv olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb: “Deputatı siz seçirsiniz, o, sizin səslərinizlə səlahiyyət əldə edir. Ona görə də, ilk növbədə sizin qarşınızda hesabatlı olmalıdır. Deputat sizi dinləməli, maraqlandığınız məsələləri həll etmək üçün çalışmalıdır. Mən Füzulinin timsalında nümunəvi deputat-seçici münasibətlərinin formalaşmasına çalışacağam. Füzuli sakinləri, o cümlədən şükürbəylililər təmas xəttində yaşadıqlarını, yaratdıqlarına görə daha çox diqqətə, daha çox qayğıya layiqdirlər.”

Milli Qəhrəman Vahid Quliyev bildirib ki, Vüqar Bayramov dünya şöhrətli alim olması ilə yanaşı, həm də vətənpərvər ziyalıdır, Qarabağ dərdini, faciəsini yaşamış insandır, sizin birinizdir: “O, beynəlxalq tribunalardan Qarabağımızın dərdini səsləndirən bir insandır. Təkcə elə buna görə mən sizi Vüqar Bayramova səs verməyə çağırıram.”

Qarabağ qazisi Həsən Əmirov bir qarabağlı, bir azərbaycanlı kimi Vüqar Bayramovla fəxr etdiyini bildirib: “Vüqar Bayramova səs verin ki, sizin də fəxriniz olsun. O, sizi layiqincə təmsil edəcək və həmişə yanınızda olacaq.”

Görüşün sonunda Vüqar Bayramov kənd sakinləri ilə söhbət edib, onların yaşayışı ilə maraqlanıb, seçicilərin müxtəlif mövzularda verdiyi sualları cavablandırıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR