Nida Xəbər
Deputatlığa namizəd Gülşən Fərzəliyeva Rauf Arifoğlunun xeyrinə namizədliyini geri götürdü - FOTO
Namizədin vəkili “hər kəsi Rauf bəyə səs verməyə çağırıram” dedi
Bu gün 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Fərzəliyeva Gülşən Teymur qızı namizədliyini geri götürüb.
Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Fatma Səfərova məlumat verib.
R.Arifoğlunun seçki qərargahında onu ziyarət edən F.Səfərova bildirib ki, G.Fərzəliyeva öz namizədliyini R.Arifoğlunun xeyrinə geri götürüb.
Onun sözlərinə görə, Gülşən Fərzəliyevanın seçki komandası bundan sonrakı mərhələdə R.Arifoğlunun komandasına dəstək verəcək və öz tərəfdarlarını da Rauf Arifoğluya səs verməyə çağırır: “Biz bu seçkilərdə real güc hesab etdiyimiz Rauf Arifoğlu Abbasovun xeyrinə namizədliyimizi geri götürdük. Hesab edirik ki, seçici öz səsini daha şanslı, seçici üçün iş görə bilən namizədə verməlidir. Bu namizəd isə Rauf Arifoğlu Abbasovdur”.
-
MDB21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin120:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?














.jpg)



















