SON DƏQİQƏ: MSK onlarla dairə ilə bağlı QƏRAR VERDİ - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: MSK onlarla dairə ilə bağlı QƏRAR VERDİ - (YENİLƏNDİ)

Mərkəzi Seçki Komissiyasının Ekspert Qrupunda hazırda seçki pozuntularına dair araşdırılan videomaterialların sayı 220-dən çoxdur.

Bunu MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov bildirib.

O qeyd edib ki, şikayətlər üzrə videomateriallar 30 dairəni əhatə edir: “Pozuntular olduğuna dair videolarıın sayı dairələr üzrə artmayıb. Məntəqələr üzrə artıb. Təxminən 116 məntəqəni əhatə edir”.

Qabil Orucov deyib ki, son günlərMSK-ya təkrar videolar daxil olub: “Ancaq onların içərisində 5 video-görüntü təkrar deyil”.

MSK sədri Məzahir Pənahov bildrib ki, təkrar olmamaq şərti ilə kimdə nə video-görüntü varsa komissiyaya göndərsin.

***

MSK-nın iclasında daha sonra 8 saylı Binəqədi Birinci, 15 saylı Yasamal Birinci, 34 saylı Xətai İkinci, 13 saylı Xəzər-Pirallahı, 22 saylı Nəsimi Birinci, 112 saylı Qax, 40 saylı Kəpəz ikinci, 29 saylı Səbail, 42 saylı Sumqayıt İkinci, 63 saylı Sabirabad Birinci, 47 saylı Mingəçevir, 60 saylı Salyan-Neftçala (bir qrup müşahidəçinin şikayəti), 107 saylı Qazax, 18 saylı Nərimanov-Nizami, 17 saylı Yasamal üçüncü, 88 saylı Göyçay, 23 saylı Nəsimi-Səbail, 82 saylı Ağcabədi, 46 saylı Şirvan, 98 saylı Şəmkir şəhər, 84 saylı Füzuli, 77 saylı Astara və 91 saylı Ucar seçki dairələri üzrə daxil olmuş müraciətlər nəzərdən keçirilib.

Bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarında olduğundan müvafiq DSK-lara göndərilib.

***

14:45

İclasda 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 79 saylı İmişli, 9 saylı Binəqədi ikinci, 48 saylı Yevlax, 61 saylı Neftçala, 8 saylı Binəqədi birinci, 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 72 saylı Yardımlı-Masallı seçki dairələri üzrə daxil olmuş şikayətlərə baxılıb.

Şikayətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul olunub.

***

14:06

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov sədrlik edir.

İclasda fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

Qeyd edək ki, MSK-nın iclası başlanan ərəfədə bina qarşısında namizəd Bəxtiyar Hacıyev və tərəfdarları aksiya keçirib. Onlar qapının girişində dayanaraq binaya heç kimi buraxmamağa çalışıblar.

İclasda ilk olaraq MSK önündə aksiya keçirmiş digər namizəd – 34 saylı Xətai ikinci dairəsi üzrə namizəd olmuş Səməd Rəhimlinin və tərəfdarlarının aksiya keçirməsinə münasibət bildirilib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, bəzi namizədlərin seçilməməsi ilə bağlı emosiyalarını müxtəlif formalarda ifadə etmələrini təbii qəbul edirik.

“Bəzi namizədlər iddia edir ki, MSK onların müraciətlərinə baxmayıb. Amma bu, yanlışdır. Hüquqşünaslar yaxşı bilir ki, bir şikayətə iki komissiya tərəfindən baxıla bilməz. Namizədin şikayətinə birinci dairə seçki komissiyasında baxılmalıdır. Yalnız bundan sonra DSK-nın qərarından namizəd narazı qalarsa, MSK həmin şəxsin narazılığına baxacaq. Bunu bəzi namizədlər başa düşmür. Namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya ünvanladğı üçün MSK ilkin mərhələdə bu şikayətləri DSK-lara göndərir”.

Məzahir Pənahov qeyd edib ki, MSK-nın fəaliyyəti göz önündədir: “Bizim heç kimdən qorxumuz, çəkinəcəyimiz yoxdur. Azərbaycan vətəndaşları narahat olmasınlar. Əgər MSK-nın fəaliyyətində qanun pozuntuları, xüsusilə prosedur pozuntuları olsaydı, bütün dünyaya car çəkmişdilər”.

Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm