MSK daha 2 məntəqənin nəticələrini LƏĞV ETDİ
Bizi izləyin

Nida Xəbər

MSK daha 2 məntəqənin nəticələrini LƏĞV ETDİ

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Anar Əsədli MSK-ya müraciət edərək seçki günü dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə 48 və 50 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb.

R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl həmin dairədən namizəd Faiq Kərimovun müracəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmişdi.

***

Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Publika.az xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib.

İclasda seçkilərlə bağlı müraciətlərə baxılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm