Xocalı böyük bir xəyanət oyununun qurbanı oldu - Elman Məmmədov
Bizi izləyin

Nida Xəbər

Xocalı böyük bir xəyanət oyununun qurbanı oldu - Elman Məmmədov

"Biz Xocalını qışda itirmişik, hələ də qışdır".

Publika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xocalı faciəsinin 28 illiyinə həsr olunan "Xocalı faciəsi fotolarda" adlı sərgidə sabiq deputat Elman Məmmədov deyib: "O dövrdəki xalqın, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslərin məsuliyyətsizliyi üzündən düşmənin əlinə fürsət düşdü. Xocalı tək qalmışdı, çıxış yolu yox idi".

O bildirib ki, Xocalı böyük bir xəyanət oyununun qurbanı oldu: "Düşməni cəzalandırmaq üçün daha güclü olmalıyıq. Biz Xocalını qışda itirmişik, hələ də qışdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm