Nida Xəbər
Elman Rüstəmov nazirlikləri topladı - Məzənnə və qiymətlərlə bağlı QƏRAR
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 8-ci bəndinə müvafiq olaraq ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlərin hazırlanması ilə bağlı Azərbaycan Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
İclasda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələri iştirak ediblər.
İclasda koronavirus pandemiyasının və neftin kəskin ucuzlaşmasının makroiqtisadi sabitliyə, xüsusilə xarici sektora, inflyasiyaya, valyuta bazarına və fiskal balansa, habelə maliyyə sabitliyinə, xüsusilə bank sektoruna mənfi təsirləri müzakirə edilib, makroiqtisadi və maliyyə sabitliyini qorumaq üçün tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Yekunda qərara alınıb ki, mövcud vəziyyətin daha dərindən qiymətləndirilməsi üzrə İşçi Qrupunda təmsil olunan qurumlar arasında məlumat mübadiləsi intensivləşdirilsin və bu əsasda makroiqtisadi və maliyyə sabitliyi, o cümlədən məzənnə və qiymət sabitliyinə dair həyata keçirilməli əlavə tədbirlər barədə təkliflər qısa müddət ərzində hazırlanaraq müvafiq qaydada təqdim olunsun.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO