Nida Xəbər
Sabiq deputat prezidentin təşəbbüsünə qoşuldu
Sabiq deputat, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Ölkəmizin ictimai həyatında özünəməxsus yeri və rolu olan sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə Publika.az-a açıqlamasında Fonda şəxsi vəsaitindən 500 manat pul ödədiyini bildirib.
Eyni zamanda sabiq deputat qeyd edib ki, imkanı olan hər bir vətəndaşın vətəndaşlıq borcudur ki, bu fonda gücü çatan qədər yardım etsin.
"Ölkəmizdə koronavirusla mübarizə necə təşkil edilib" sualına Çingiz Qənizadə bu cür cavab verib.
“İlk gündən cənab prezidentin təşəbbüsü ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah, İşçi qrupları və digər gücləndirilmiş tədbirlərin həyata keçirilməsi, bu Fondun yaradılması onu göstərdi ki, cənab prezidentin yeganə amalı və məqsədi Azərbaycan xalqı, onun təhlkəsizliyi və sağlamlığıdır”.
Çingiz Qənizadə qeyd edib ki, eyni zamanda bu milli təhlükəsizlik məsələsidir: “Hesab edirəm ki, bu baxımdan hər bir vətəndaş ictimai siyasi mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq dövlətin atdığı addımlara dəstək olmalı, dövlətin tələblərinə əməl etməlidir. Yalnız bu halda bu bəladan birlikdə az itki ilə çıxa bilərik. Allah bütün bəşəriyyəti və eyni zamanda Azərbaycan xalqını bu bəladan qorusun!”.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan