65 yaş qadağası deputatlara şamil ediləcək? - QANUN
Bizi izləyin

Nida Xəbər

65 yaş qadağası deputatlara şamil ediləcək? - QANUN

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil eilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm