İran Azərbaycanın koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirdi
Bizi izləyin

Nida Xəbər

İran Azərbaycanın koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirdi

İran Heydər Əliyev Mərkəzinin bu ölkəyə koronavirusla mübarizədə göstərdiyi dəstəyini yüksək qiymətləndirib.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində deyilir.

Məlumatda deyilir ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycan hökumətinin iranlılarla həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.

"COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm