Milli Məclis AŞ PA-ya etiraz məktubu göndərib
Bizi izləyin

Nida Xəbər

Milli Məclis AŞ PA-ya etiraz məktubu göndərib

Milli Məclisin növbəti iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.

Spiker çıxış edərək aprelin 14-də 2020-ci ilin I rübünün yekunlarına dair Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə haqqında danışıb: “Koronavirus dövründə atılan addımlar iqtisadi-sosial inkişafa öz töhfəsini verəcək. Dövlət başçısı islahatların aparılmasına da toxundu və bu prosesin davam edəcəyini bildirdi. Prezidentin siyasi inkişaf xəttinə Milli Məclis də öz töhfəsini verəcək”.

S. Qafarova bildirib ki, Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) etiraz məktubu göndərib.

Onun sözlərinə görə, AŞ PA-nın bu qondarma “seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur.

Spiker, həmçinin anti-milli qüvvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm