Mədəniyyət naziri ilə İSESKO-nun baş direktoru arasında onlayn görüş keçirdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Mədəniyyət naziri ilə İSESKO-nun baş direktoru arasında onlayn görüş keçirdi - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevlə İCESCO-nun baş direktoru Salim Al-Malik arasında onlayn görüş keçirilib. Görüşdə İCESCO ilə Azərbaycan arasındakı mövcud əlaqələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Salim Al-Malik COVİD-19 pandemiyası ilə mübarizə dövründə təşkilatın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, İCESCO tərəfindən pandemiyaya qarşı mübarizə ilə bağlı müsabiqələr elan olunub. Həmçinin “İCESCO rəqəmsal evi” təşəbbüsü və bu təşəbbüs çərçivəsində həyata keçirilən “Distant mədəniyyət” proqramı kimi layihələr irəli sürülüb.

Baş direktor hazırda qurumun pandemiyaya qarşı mübarizə məqsədilə beynəlxalq koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. O, Azərbaycan tərəfindən də bu təşəbbüsə dəstək göstəriləcəyinə ümidvar olduğunu deyib.

Nazir Əbülfəs Qarayev təşkilatın təşəbbüslərini alqışladığını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən də mövcud vəziyyətlə əlaqədar bir sıra layihələrin həyata keçirildiyini, həmçinin İCESCO-nun proqram və layihələrinin də Azərbaycanda geniş şəkildə təqdim olunduğunu diqqətə çatdırıb. Nazir təşkilatın beynəlxalq koalisiyanın yaradılması ilə bağlı təşəbbüsünün rəsmi şəkildə təqdim edildikdən sonra Azərbaycan tərəfindən bu məsələyə baxıla biləcəyini qeyd edib.

Görüşdə həmçinin “Bakı Prosesi”nin əhəmiyyəti və perspektivləri müzakirə edilib və gələcəkdə İCESCO-ya üzv ölkələr arasında onlayn platformaların genişləndirilməsi barədə razılığa gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm