Nida Xəbər
Estoniyada Azərbaycan Evi fəaliyyətə başladı - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Evi fəaliyyətə başlayıb.
Azərbaycan Evi Tallin şəhərinin mərkəzi küçələrindən hesab edilən Estoniya prospekti 15 ünvanında yerləşir. Evin fəaliyyət göstərdiyi bina, şəhərin tarixi memarlıq abidələrindən hesab edilir. Burada Estoniya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün zəngin mədəniyyətimiz, incəsənətimiz və turizm imkanlarımız barədə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. Azərbaycan evinin fəaliyyət istiqamətlərinə dil kurslarının təşkili də daxildir. Burada yaradılacaq kitabxanada qonaqlar Azərbaycan ədəbiyyatının klassiklərinin, müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Azərbaycan Evində yaxın gələcəkdə musiqi və poeziya axşamlarının, o cümlədən müxtəlif sərgilərin də təşkil olunması nəzərdə tutulur.
Evin yaradılmasında başlıca məqsədlərdən biri Estoniyada yaşayan və təhsil alan azərbaycanlıların həmrəyliyini möhkəmləndirmək, diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Azərbaycan Evi ölkəmizin tanıdılması istiqamətində görülən işləri intensivləşdirmək, Estoniyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, bu ölkədə fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə sıx əlaqələr qurmaq və mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaradır.
-
Dünya16:09
İran prezidentindən İsrailə xəbərdarlıq: Dayandırın!
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi
-
Region14:00
Aİ-nin Ermənistandakı missiyası ABŞ nümayəndələri ilə görüşdü: Bu məlumatları ötürdülər
-
Sosial12:49
DYP sürücülərə çağırış etdi
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay