Mənə bəzən "cənab sədr" də deyirlər - Sahibə Qafarova gileyləndi
Bizi izləyin

Nida Xəbər

Mənə bəzən "cənab sədr" də deyirlər - Sahibə Qafarova gileyləndi

"Çıxış etmək istəmirəm. Sadəcə bir məsələni aydınlaşdırmaq istəyirəm. Burada sədrə müraciət zamanı "xanım sədr" ifadəsi işlədilir. Fikrimcə, bu daha çox ingilis və rus dilinə uyğundur. Burada ədəbiyyatçılar, dilçilər əyləşib. Hesab edirəm ki, "hörmətli sədr" ifadəsi olmaldır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Milli Məclisin spikerinə müraciət zamanı hörmətli sədr ifadəsi işlədilməlidir.

Milli Məclis sədri Sahibə Qafarovanın bu təklifə reaksiyası çox maraqlı olub: “Çox sağ olun, Siyavuş müəllim. Mənə bəzən cənab sədr də deyirlər...”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm