İkinci mərhələnin qarşısını almaq üçün məsuliyyətli davranmalıyıq - RƏY
Bizi izləyin

Nida Xəbər

İkinci mərhələnin qarşısını almaq üçün məsuliyyətli davranmalıyıq - RƏY

“Küçələrdə maska taxmaqdan tutmuş sosial məsafənin gözlənilməsinə qədər insanlar bir-birinə nəzarət etməli və yeri gəldikdə sağlam vətəndaşlıq mövqeyi ilə qarşılıqlı irad tutmağı bacarmalıdırlar”.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, əldə etdiyimiz təqdirəlayiq nəticə bundan ibarətdir ki, Azərbaycan dövlətinin və cəmiyyətimizin məsuliyyətli təbəqəsinin birgə fəaliyyəti ilə koronavirusun yayılma prosesini demək olar ki, tam nəzarət altına götürə bilmişik:

“Bu, Azərbaycanın ən böyük nailiyyətidir. Elə bu nailiyyətin üzərində də dövlət koronavirusa qarşı karantin tədbirlərinin nisbətən yumşaldılması ilə bağlı o zamankı reallığa uyğun qərar qəbul etdi. Amma çox təəssüf ki, bu qərarı cəmiyyətin heç də bütün təbəqələri tam məsuliyyət ilə qarşılaya bilmədilər. Yanlış şəkildə belə bir təsəvvür yarandı ki, artıq virusun yayılma dövrü bitib. Pandemiyanın yayılma təhlükəsinin növbəti dalğası qabaqdadır. İctimaiyyət bilməlidir ki, dövlətin karantin tədbirlərini yumşaltması heç də o demək deyil ki, Azərbaycanda pandemiya təhlükəsi bitib.

İkinci mərhələnin qarşısını almaq üçün məsuliyyətli davranmalıyıq. İnsanlar başqalarının üzərində nəzarətçi olmağı bacarmalıdılar. Çox yaxşı olardı ki, ictimai qaydaları pozanlara ilk növbədə vətəndaşların özləri irad bildirsinlər. İndiki mərhələdə cəmiyyət lazımi qədər məsuliyyət nümayiş etdirməsə pandemiyanın yeni dalğası qayıda bilər. Pandemiya üzərində Azərbaycanın qəti qələbə qazanma perspektivi yalnız vətəndaşlardan asılıdır”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm