“ASAN xidmət” korrupsiya ilə mübarizədə Azərbaycan brendidir - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

“ASAN xidmət” korrupsiya ilə mübarizədə Azərbaycan brendidir - DEPUTAT

“Azərbaycanda korrupsiyanın aradan qaldırılması istiqamətində ən düzgün və ən uğurlu fəaliyyət göstərən layihə “ASAN xidmət”dir”.

Bunu Publika.az-a danışan deputat Azər Badamov deyib.

Deputat “ASAN xidmət”in fəaliyyətindən söz açaraq bunları vurğulayıb:

““ASAN xidmət” Azərbaycan brendidir. Bu gün “ASAN xidmət” şəbəkəsi ölkəmizdə genişlənməkdədir. Artıq Cənab Prezident Ağcabədidə 19-cu “ASAN Həyat” kompleksinin açılışını həyata keçirdi. “ASAN xidmət” yeni yarananda 100 xidmət təqdim olunurdu. İndi isə bu məkanda təqdim olunan xidmətlərin sayı 320-yə çatıb. Hər yeni xidmətdə isə eksklüziv layihələrin təqdimatı olur. İyun ayının 3-də açılan “ASAN Həyat” kompleksində yeni smart aptek layihələrinin təqdimatı oldu. Bunu müasir dövrün tələblərinə cavab verən ən effektiv layihələrdən biri hesab etmək olar. “ASAN xidmət”ə bu günə qədər 38 milyondan çox vətəndaş müraciət edib. Bu o deməkdir ki, bir vətəndaş təxminən 4 dəfə müraciət edib və məmnun qalıb. Bu gün “ASAN xidmət”dən məmnunluq əmsalı 99,4 faizdir. Bu, təxminən 100% deməkdir. Burada təqdim olunan ictimai xidmətlərdən demək olar ki, əhali tam razıdır”.

A.Badamov “ASAN xidmət”in çox sayda ölkənin maraq dairəsində olduğunu bildirib:

“Azərbaycanın “ASAN xidmət” sahəsində qazandığı uğurlar dünya ölkələri tərəfindən araşdırılır, öyrənilir və öz ölkələrində tətbiq edilməsi istiqamətində danışıqlar aparılır. Artıq bir neçə ölkədə də bu xidmət tətbiq edilib. “ASAN xidmət”in olduğu hər yerdə xidmətlər həqiqətən də asanlaşır. Digər üstün cəhəti ondan ibarətdir ki, bu xidmət sahəsində işləyənlərin hamısı gənclərdir. “ASAN xidmət”də könüllülərin fəaliyyəti geniş təqdir olunur. Azərbaycanda könüllülük hərəkatı məhz “ASAN xidmət”lə başlayıb. Ölkəmizdə həyata keçirilən çox sayda beynəlxalq oyunların və tədbirlərin təşkilində könüllülərin rolu danılmazdır. Bu gün bu xidmətdə fəaliyyət göstərən, təcrübə qazanan könüllülər dövlətin idarəetmə orqanlarında, dövlət qulluğunda təcrübəli mütəxəssislər kimi formalaşırlar və rəhbər vəzifələrə təyin olunmada daha effektiv nəticələrə töhfə verirlər”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm