Nida Xəbər
“Azərbaycan Türkiyə dostluğu sarsılmazdır” - Sahibə Qafarova
İyunun 11-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Publika.az xəbər verir ki, spiker qonağı səmimi salamlayaraq, Azərbaycan Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür: "Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir".
Sədr ümidvar olduğunu bildirib ki, dost və qardaş Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın həyatın digər sahələrində daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Sahibə xanım Qafarovaya Milli Məclisin Sədri vəzifəsində fəaliyyətində uğurlar arzulayaraq öz ürək sözlərini söyləyib. Səfir qeyd edib ki, onun təmsil etdiyi ölkə həmişə Azərbaycanın yanındadır: "Tarixən mövcud olmuş münasibətlərimiz bundan sonra daha da güclənəcək".
Söhbətdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf prespektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR