Daha bir ölkədə Azərbaycan Ordusuna dəstək yürüşü keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Daha bir ölkədə Azərbaycan Ordusuna dəstək yürüşü keçiriləcək

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 17-də yerli vaxtla saat 20:00-də Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçiriləcək.

Publika.az xəbər verir ki, nəqliyyat vasitələrinin iştirakı ilə həyata keçiriləcək avtoyürüş zamanı dövlət bayrağımızın nümayişi, həmçinin Azərbaycan dövlətinə və şanlı ordumuza dəstək şüarlarının səsləndirilməsi nəzərdə tutulur. Həmyerlilərimiz avtoyürüşdə iştirak üçün saat 19:30-da 11. Novembra ünvanında olmalıdırlar.

Yürüşə qatılmaq istəyənlərdən öz avtomobilləri ilə gəlmələri xahiş edilir. Avtoyürüşün sonunda Azərbaycanın Latviyadakı səfirliyinin binası qarşısında görüş keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm