Nabi Avcı Azərbaycana görə ATƏT-ə səsləndi: "Addım atın..."
Bizi izləyin

Nida Xəbər

Nabi Avcı Azərbaycana görə ATƏT-ə səsləndi: "Addım atın..."

Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nabi Avcı Ermənistanın Azərbaycana hücumlarına qarşı ATƏT-i addım atmağa çağırıb.

Publika.az xəbər verir ki, Avcı "Anadolu" xəbər agentliyinə verdiyi açıqlamada Azərbaycanla Türkiyənin tək millət, iki dövlət olduğunu, Azərbaycanın şəhidlərinin Türkiyənin şəhidləri, Türkiyənin şəhidlərinin də Azərbaycanın şəhidləri olduğunu söyləyib.

Türkiyə Cümhuriyyəti və xalqının Azərbaycan xalqının və dövlətinin yanında olduğunu vurğulayan Avcı Ermənistanın bu təcavüzünün ilk olmadığını xatırladıb.

Ermənistanın hücumunun beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı (BMT) və ATƏT tərəfindən sərt şəkildə lənətlənməsi və günahkarların ortaya çıxarılmasının vacibliyini vurğulayan Avcı deyib:

"Beynəlxalq ictimaiyyət bu təcavüzlərə yumşaq ifadələrlə göz yumursa ki, hazırda bu belədir, bu münasibət Ermənistanı daha küstax davranmağa təşviq etmək mənası daşıyır. Ermənistan hökuməti öz daxili problemlərini ictimaiyyətdən yayındırmaq üçün bu cür maceralara əl atmamalıdır. Ermənistan xalqı bölgə ilə heç bir əlaqəsi olmayan köhnə imperiya güclərinin təxribatına, cazibəsinə, təşviqinə ciddi yanaşmamalıdır. Biz qonşuyuq, Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan. Biz burada sülh bərqərar edə bilərik. Ancaq bu cür təcavüz cəhdləri əvvəlcə erməni xalqının rifahına və dincliyinə zərər verir".

Nabi Avcı qeyd edib ki, Minsk Qrupunun öz missiyasını yerinə yetirə bilməsi üçün hadisə bütün ölçüləri ilə araşdırmalı, müəyyənləşdirməlidir. Ayrıca belə bir hadisənin təkrar baş verməməsi üçün hansı tədbirlər görülməlidir və məsələyə ciddi yanaşılmasının vacibliyi ortaya qoyulmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm